İşçi “KamAZ”ın altında qalıb öldü
15:00 09 Noyabr 2021
Abşeronda Yol İstismarı İdarəsində dava olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə noyabrın 8-də rayonun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsinin həyətində orada işləyən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin münaqişə zəminində Xırdalan şəhər sakini İmamverdi Alyarovu itələməsi nəticəsində sonuncunun Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ş.Hacıyev saxlanılıb. Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 588
Oxşar xəbərlər
- "Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb
- Azad edilmiş ərazilərdə yaşıl texnologiyalarla bağlı yeni İşçi Qrupu yaradılıb - SİYAHI
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Əməkdar mədəniyyət işçisi vəfat edib
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- Prezident bir qrup su təsərrüfatı və meliorasiya işçisini təltif edib - SİYAHI
- DTX işçilərinin aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik təsdiqlənib
- Xaricdə hazırlıq keçən tibb və əczaçılıq işçilərinin biliyi yoxlanılacaq - ƏMR
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub