Sarkisyan baş nazir seçildi - Rəsmi


21:12     17 Aprel 2018 18_04_17_1523970773.jpg

Serj Sərkisyanın Ermənistanın yeni baş naziri seçilib.

Femida.az xəbər verir ki, Sarkisyanın baş nazir olması üçün parlamentdə keçirilən səsvermədə 93 deputatdan 77-si onun xeyrinə səs verib.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində baş nazirin seçimi ilə bağlı müzakirə başlamışdı və Sarkisyanın baş nazir olacağı əvvəlcədən gözlənilirdi.

Sarkisyan Respublika və Daşnaksütyun partiyalarından namizəddir.

Xatırladaq ki, hazırda paytaxt İrəvanda Xalq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə Sarkisyanın hakimiyyətinə qarşı etirazlar davam edir. Polis zor tətbiq edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Femida.az

Açar sözlər: #Sarkisyan   #Ermənistan   #siyasət   #baş_nazir   #seçki  

Oxunub: 1117