Veteran polislər 771 cinayətin açılmasında iştirak edib
23:10 17 Aprel 2018
İctimai asayişin mühafizəsi, cinayətkarlığın profilaktikası, cinayət hadisələrinin qarşısının alınması və açılmasında ərazi polis orqanlarının veteranlar şuralarının üzvləri öz layiqli töhfələrini verirlər.
DİN-dən Femida.az-a verilən xəbərə görə, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında, onlarda dövlətə, dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi sahəsində ağsaqqal həmkarların rolu danılmazdır.
Daxili İşlər Nazirliyinin Veteranlar Şurası 2018-ci ilin birinci rübündə də bir sıra səmərəli tədbirlər həyata keçirib. Veteranlar vaxtaşırı görülən işlər barədə hesabat verirlər.
Belə ki, gənc nəslin təlim-tərbiyəsində, milli ruhda formalaşmasında fəal iştirak edən polis veteranları cari ilin 3 ayında respublika üzrə təhsil müəssisələrində, həmçinin əhali ilə 1200-dən artıq görüş keçiriblər.
Yerli polis şöbələrinin rəhbərliyi və aidiyyatı xidmətlərin əməkdaşları ilə birgə keçirilən belə görüşlərdə yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah hallarının qarşısının alınması məqsədilə hüquqi mövzularda maarifləndirmə işləri aparılıb, dəyərli tövsiyələr verilib.
Polis veteranlarının köməyi ilə neçə-neçə cinayət törətmiş şəxs tutularaq istintaqa verilib, baş verə biləcək hüqüqazidd əməllərin qarşısı alınıb. Belə ki, 2018-ci ilin 3 ayı ərzində polis veteranları 771 cinayətin açılmasında iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Veteranlar Şurası qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlərini davam etdirir və veteranlar onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Onların səmərəli fəaliyyəti öz layiqli qiymətini alır.
Femida.az
Oxunub: 1073
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- "Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb
- Azərbaycan Baş Prokurorluğu: "Ermənistanın təxribatları ilə bağlı cinayət işləri başlanılıb"
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib