Lənkəranda qonaq getdi - Qarşısını kəsib bıçaqladılar


15:42     18 Aprel 2018 bicaq1.jpg

Lənkəran rayonunun Girdəni kəndində kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.


1976-cı il təvəllüdlü Ləj kənd sakini Əliağayev Vaqif Gülməmməd oğlu qulaq nahiyəsindən kəsilmiş yara diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Hadisə V. Əliağayev qonaq getdiyi Girdəni kəndindən geri qayıdan zaman olub. O, yolunu kəsən 3 sərxoş kişi ilə mübahisə, ardınca isə dava edib. Bu zaman onlardan biri bıçaqla V.Əliağayevə hücum edib. O, müdafiə olunmaq istədikdə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Bıçaqlama   #Xəsarət   #Lənkəran  

Oxunub: 1054