Havada tozun miqdarı artıb - Normadan 18 faiz yuxarıdır


23:42     18 Aprel 2018 toz%20baki.jpg

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da sanitar normadan 18 faiz yuxarı olduğu qeydə alınıb.


Bu barədə Femida.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Saat 15:00-da bu göstərici 10 faiz təşkil edib.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1013