Cüdoçu polis qardaşını öldürdü - "Yatsam, yuxuma girməzdi"


17:02     19 Aprel 2018 2018/04/cineyt_1524128902.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndrilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Femida.az Trend-də istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin qonşusu Vaqif Kazımov bildirib ki, hər iki şəxsi normal insan kimi tanıyıb: "Həmişə çox sakit olublar, onların evindən heç vaxt səs-küy gəlməyib. Yatsam, yuxuma girməzdi ki, Əli qardaşı Muradı öldürər. Hadisə vaxtı evdə idim, qonşuların səsinə çıxdım. Gördüm Muradın meyiti çöldədir. Bu zaman anası dedi ki, qardaşı vurub öldürüb. Atası işdə idi, zəng edib çağırdıq".

Növbəti proses aprelin 25-nə təyin edilib.

İttihama görə, ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 85-də yerləşən binada Ə.Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

1990-cı il təvəllüdlü Ə.Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Qətlə yetirilən qardaşı, 1983-cü il təvəllüdlü M.Əliyev isə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub.

Femida.az

Açar sözlər: #Hakim   #Məhkəmə   #Hökm   #Cinayət    

Oxunub: 1470