Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi


17:54     19 Aprel 2018 2018/04/643647_1524129794.jpg

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov respublikanın Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, daha öncə Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.

Qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.

Femida.az

Açar sözlər: Qırğızıstan   prezident  

Oxunub: 918