Azərbaycana silah satışına məhdudiyyət qoyulub - Zakir Həsənov


17:33     20 Aprel 2018 zakir6.jpg

"Bəzi ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulub".


Femida.az-ın məlumatına görə, bunu müdafiə naziri vəzifəsini icra edən general-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə Bakıda keçirdiyi görüşdə deyib.

Z. Həsənov Azərbaycanın sülhsevər siyasət yürütdüyünü və beynəlxalq terrorizmə qarşı daim mübarizə apardığını bildirib.

Femida.az

Açar sözlər: #Zakir-Həsənov   #Siyasət   #Bakı   #Komanda   #NATO  

Oxunub: 6462