Zakir Həsənov Çində döyüş vasitələrinə baxış keçirdi - FOTOLAR


16:22     28 Aprel 2018 2018/04/ffa9c08e72ad39158649ca2fc5481e98-1524903354_1524904068.jpg


Çində rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETC İnternational” şirkətini ziyarət edib.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur.



Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETC İnternational” şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.









Femida.az

Açar sözlər: #MN   #Çin   #Zakir-Həsənov  

Oxunub: 1200