Sabah Azərbaycanda yeni baş nazir seçiləcək


19:58     20 Aprel 2018 millimeclis1.jpg


Milli Məclisin sabah plenar iclası keçiriləcək.


Femida.az-ın məlumatına görə, iclasda yeni baş nazirin təsdiqlənməsi məsələsinin müzakirəyə çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Nazirlər Kabineti istefaya gedib.

Kabinetin yenidən qurulması üçün MM prezident tərəfindən namizədliyi irəli sürülmüş yeni baş nazirin məsələsinə baxmalıdır.

Femida.az

Açar sözlər: #baş_nazir   #siyasət   #Artur_Rəsizadə  

Oxunub: 1403