Ermənistanın müdafiə nazirinin maşını mühasirəyə alındı


00:26     21 Aprel 2018 18_04_20_1524241700.jpg

İrəvanda etirazçılar müdafiə naziri Vigen Sarkisyanın xidməti avtomobilini mühasirəyə alıblar.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müxalif deputat Nikol Paşinyanın rəhbərlik etdiyi kütlə Komitas və Tiqranyan küçələrinin kəsişməsində yolu bağlayaraq nazirin getməsinə mane olublar.

Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, etirazçılar nazirin xidməti avtomobilinə ziyan vurublar.

Açar sözlər: #İrəvan   #Ermənistan   #Sarkisyan   #Qarabağ   #Rusiya   #Mitinq  

Oxunub: 1648