Təyyarələrdə ayaq üstə səfər mümkün olacaq
01:12 21 Aprel 2018
Rusiyanın azbüdcəli "Pobeda" aviaşirkəti yeni təyyarələr üçün təhlükəsizlik sertifikasiyası üstündə olmaqla "ayaqüstü yerlər" sifariş etməyi planlaşdırır.
Femida.az Trend-ə istinadən bildirir ki, aviaşirkət bununla ücüz biletlərin sayını artırmağı düşünür.
Qeyd edək ki, bir müddət öncə Almaniyada keçirilmiş "Aircraft Interiors Expo" sərgisində təyyarədə ayaqüstü yerlərin prototipi təqdim olunmuşdu. İtaliyanın "Aviointeriors" şirkətinin hazırladığı at yəhərini xatırladan bu "oturacaqlar" şaquli dayaqla təchiz olunub.
Bu cür yerlərdə sərnişinlər yumşaq dayağa söykənməklə ayaqüstü gedə biləcəklər.
İstehsalçıların fikrincə, bu layihə təyyarələrin sərnişin tutumunu 20 faizədək artıra bilər.
Bu yerlər qısa məsafələrə uçuşlar zamanı istifadə oluna bilər. Artıq Kolumbiyanın "VivaColombia" və İrlandiyanın "Ryanair" aviaşirkətləri bu məhsula maraq göstərdiyini açıqlayıb.
Oxunub: 953
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib