Ermənistanda yeni baş nazir bu tarixdə seçiləcək

Ermənistanda yeni baş nazir bu tarixdə seçiləcək

16:39     24 Aprel 2018 ermenistan%20parlamenti.jpg


Ermənistanda yeni baş nazirin seçkiləri may ayının 2-də keçirilə bilər.

Femida.az-ın Trend-a istinadən məlumatına görə, bu barədə Ermənistan parlamentinin komissiya başçısı bildirib.

Qeyd edək ki, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini müvəqqəti icra edən baş nazirin birinci müavini Karen Karapetyan olub.

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Femida.az

Açar sözlər: #Ermənistan   #seçki   #baş_nazir  

Oxunub: 570