"Ölkədə təhsillə elm arasında əlaqələr genişlənib" - Nazir


16:11     25 Aprel 2018 2018/04/ceyhun-bayramov_1524644015.jpg

"Azərbaycanda təhsillə elm arasında əlaqələr genişlənib".



Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimatı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.

Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir: "Növbəti tədris ilində yataqxanın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu də təmir ediləcək".


Femida.az

Açar sözlər: #Nazir   #Təhsil   #AMEA  

Oxunub: 926