Narkotik əkib-becərən şəxs saxlanılıb
16:27 25 Aprel 2018
Masallı Rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həyətində narkotik tərkibli bitkilər əkib-becərən rayon sakini saxlanılıb.
Axtarış zamanı onun yaşadığı evdən də istehlak miqdarından artıq çəkidə qurudulmuş marixuana aşkar edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə Masallı Rayon Polis şöbəsinə şəhərin Qurtuluş küçəsinin sakini, əvvəllər məhkum olunmuş Valeh Tağıyevin yaşadığı evin həyətində əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olub.
RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat axtaış tədbirləri nəticəsində Valeh Tağıyevin yaşadığı evin həyətindən narkotik tərkibli 9 ədəd çətənə bitkisinin, 2 ədəd isə xaş-xaş bitkisinin şitili aşkar edilərək götürülüb.Onun yaşadığı evə baxış keçirilərkən isə qanunsuz yolla əldə etdiyi 435 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Femida.az
Oxunub: 1456
Oxşar xəbərlər
- “Sən kimi seçirsən - sevdiklərini, yoxsa narkotiki?”
- Bakıda narkotiklə bağlı əməliyyatlar keçirilib, 30 nəfər saxlanılıb
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Bakıda narkotikə görə 64 nəfər saxlanılıb
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb