Bakı metrosunda soyğunçuluq - Tutulan var
16:54 25 Aprel 2018
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.
DİN-dən Femida.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini G.Bədəlova “Gənclik” stansiyasının platformasında çantasından mobil telefonunun oğurlandığını bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev olduğu məlum olub. Ətrafında aparılan tədbirlərlə onun aprelin 22-də metronun “İçərişəhər” stansiyasının platformasında Ağdam rayon sakini İ.Məhəmmədlinin cibindən mobil telefon oğurladığı da müəyyən edilib.
Mobil telefonlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 857
Oxşar xəbərlər
- Bakıda metro stansiyalarının tikintisində çıxarılan torpaqlar hara tökülür?
- Bakıda metro yaxınlığında kişini avtomobil vurub
- Metro bu gün gücləndirilmiş rejimdə işləyəcək
- Bakıda metro yaxınlığında kütləvi dava olub, bıçaqlanan var
- Həftəsonları metro necə işləyəcək?
- Bakıda yeni metro stansiyasının tikintisinə başlanılıb
- DİQQƏT! Metro ilə bağlı VACİB XƏBƏR
- Çində metro su ilə doldu, ölənlər və yaralılar var
- Metro açılır
- "Elmlər Akademiyası" metro stansiyasının son görüntüləri - FOTOLAR