Ramil Usubovdan rəis TƏYİNATI


17:06     25 Aprel 2018 ramil%20ususbov%20tapsiddi%20(1)4.jpg

Bakının polis bölmələrindən birinə yeni rəis təyin olunub.


Femida.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Yasər İbadov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Yasər İbadov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini olub.

Femida.az

Açar sözlər: #Sumqayıt   #Qaradağ   #Polis   #Rəis  

Oxunub: 3022