Direktor və müəllimlərin işə qəbul qaydaları dəyişəcək
16:03 26 Aprel 2018
“Bu il məktəb direktorlarının və müəllimlərin işə qəbulu qaydalarında yeniliklər olacaq”.
Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlanıb, qaydalarda yeniliklərin tətbiqi planlaşdırılır: "Müəllimlərin işə qəbul qaydaları növbəti həftələrdə təsdiq olunacaq. Layihə təsdiqləndikdən sonra əlavə məlumat veriləcək".
E. Bağırov qeyd edib ki, bu il məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqənin keçirilməsi də nəzərdə tutulub: "Direktorların işə qəbulu qaydalarında da dəyişikliklər ediləcək. Lakin hələlik qaydalar hazır deyil"./APA
Femida.az
Oxunub: 3399
Oxşar xəbərlər
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Ağır qəzaya düşən müəllim xəstəxanada ÖLDÜ - FOTO
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatır
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllim olmaq istəyənlərə şad xəbər - QAYDALAR DƏYİŞDİ
- Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT
- Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
- Universitet müəllimi qiymət qarşılığında qızları soyundurub? - ÖZÜ DANIŞDI
- Bakı Avropa Liseyinin müəllimi qəflətən vəfat edib