Naxçıvanda vəkillər üçün seminar keçirilib


14:30     27 Aprel 2018 2018/04/2222-640x348_1524810748.jpg

Ötən gün Naxçıvanda Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Vəkillər kollegiyalarının, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Vəkillik etikası: müasir çağırışlar” mövzusunda seminar keçirilib.


Femida.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxışı zamanı bildirib ki, muxtar respublikada Vəkillər Kollegiyasının yaranmasının mühüm əhəmiyyəti vardır.

Şöbə müdirinin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında Vəkillər Kollegiyasının yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı nəticəsində mümkün olub.

"Lakin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının keçmiş sədri Azər Tağıyev və bəzi dövlət orqanlarının rəhbərləri anlaşılmaz qısqanclıq hissi ilə Naxçıvanda bu qurumun yaranmasına mane olublar. Onların bu cür əsassız mövqeyi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası arasında əlaqələrin zəif qurulmasına səbəb olub. Bütün bunlara baxmayaraq, 2008-ci ildə Naxçıvan Muxtar Respublikasında Vəkillər Kollegiyası yaradıldı və bu qurum ötən müddətdə mühüm inkişaf yolu keçdi. Muxtar respublika rəhbərinin qayğısı ilə kollegiya üçün inzibati bina tikilərək 2011-ci ildə vəkillərin istifadəsinə verilib, kollegiyanın aparatının saxlanılması üçün dövlət tərəfindən müvafiq köməklik göstərilib".

Qeyd olunub ki, ötən müddətdə vəkilliyə qəbul üçün zəruri təşkilati işlər görülüb, 3 dəfə qəbul imtahanı keçirilib. Nəticədə, muxtar respublikada insanlara peşəkar hüquqi yardım göstərən vəkillərin sayı 21-ə çatıb.

Femida.az

Açar sözlər: #Naxçıvan   #Vəkil   #Tədbir  

Oxunub: 1583