“Təhsil haqqında” qanuna dəyişiklik edilir


16:00     28 Aprel 2018 1442822061_milli-meclis.jpg

“Təhsil haqqında” qanunun 18-ci maddəsinə (məktəbəqədər təhsil) dəyişiklik təklif edilir.


Femida.az-ın məlumatına görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edəcək.

Bundan əlavə, qanuna 18.7-ci maddə əlavə olunur. Həmin maddədə qeyd olunub ki, Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Qeyd edək ki, “Təhsil haqqında” qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər: #Milli_Məclis   #Hüquqi   #İqtisadi   #Təhsil  

Oxunub: 1010