Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
12:23 04 Sentyabr 2022
Gecə saatlarında Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini 37 yaşlı Vüsal Babayevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb, sonra isə kanala düşüb.
Femida.az xəbər verir ki, nəticədə avtomobildə olan Vüsal Babayev və oğlu xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Amma Vüsal Babayev xəstəxanda dünyasını dəyişib.
Qeyd edək ki, Vüsal Babayev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin keçmiş inispektoru olub.
Xaçmazda da polis əməkdaşı qəzada ölüb.
DİN mətbuat Xidmətinin yaydığı məlumata görə, Nabran kəndi ərazisində Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadənin idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza xidmət vaxtı baş verməyib. Nəticədə Elvin Mürsəlzadə hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 3338
Oxşar xəbərlər
- Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb