İrəvanda etirazlar böyüdü - Mərkəzi küçələr bağlandı


17:12     29 Aprel 2018 18_04_29_1524993306.jpg

İrəvanda müxalifət tərəfdarları yenidən yürüşə başlayıblar. Nümayişçilər mərkəzi küçələri bağlayıblar.


Yürüşün əsas iştirakçıları tələbələrdir, irəlidə ağ xalatlı mitinqçilər gedir.

Aksiya iştirakçıları Ermənistan Respublika Partiyasının əleyhinə şüarlar səsləndirirlər. Polis mitinqçilərə müdaxilə etmir.

Nümayişçilər yürüşü Fransa meydanında bitirmək niyyətindədirlər. Ora müxalifət lideri Nikol Paşinyan gələcək. Müxalifətçilər daha sonra Respublika meydanına gedərək orada mitinq keçirəməyi planlaşdırırlar.

Ermənistanda mitinqlər aprelin 13-dən davam edir.

Femida.az

Açar sözlər: #ermənistan   #mitinq   #siyasət  

Oxunub: 1776