Sabahdan 5 günlük tətil başlayır
13:51 30 Aprel 2018
Sabahdan - mayın 1-dən Azərbaycanın ümumtəhsil məktəblərində ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.
Femida.az xəbər verir ki, tətil mayın 5-də başa çatacaq. İbtidai siniflər üçün dərslər mayın 6-da başlayacaq.
Xatırladaq ki, “Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib. Yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 - 5 maydakı yaz tətilinin 24 - 30 aprelə keçirilməsi, 5 - 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil — 15 sentyabr-26 yanvar; ikinci yarımil — 1 fevral-14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.
Femida.az
Oxunub: 3772
Oxşar xəbərlər
- Bakıda keçiriləcək "Formula-1" yarışı təxirə salındı
- "Formula-1"in biletləri satışa çıxarılacaq
- Bakıdakı Qran-pridən sonra “Formula-1”in lideri dəyişib
- Dövlət Yol Polisi “Formula-1”lə bağlı sürücü və piyadalara müraciət edib
- “Formula-1"-ə görə bu məktəblərdə dərs olmayacaq
- Prezidentdən Formula-1 ilə bağlı SƏRƏNCAM
- Formula-1 üçün bilet satışı 2 dəfə artıb
- İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib
- "Formula-1" rəhbəiyi ilə heç bir fikir ayrılığınl yoxdur - AÇIQLAMA
- Azərbaycanda "Formula-1" izləyicilərinin sayı 31 faiz artıb