Bakıdakı Qran-pridən sonra “Formula-1”in lideri dəyişib


21:54     28 Aprel 2019 19_04_28_1556470553.jpg

Azərbaycan Qran-prisi “Formula-1” üzrə dünya çempionatının ümumi sıralamasında dəyişikliyə səbəb olub.


Femida.az -ın məlumatına görə, Bakı trasında qələbə qazanan Valtteri Bottas 1-ci pilləyə yüksəlib.

“Mersedes”in finlandiyalı pilotunun hesabında 87 xal var. Onun ikinci pilləyə enən komanda yoldaşı, böyük britaniyalı Luis Hamilton 1 xal geri qalır.

“Ferrari”nin üzvü Sebastyan Fettel 52 xala malikdir.

Qeyd edək ki, Mühəndislər kubokunda 173 xala malik “Mercedes” 1-cidir. “Ferrari” 99, “Red Bull” 64 xala malikdir.

Açar sözlər:

Oxunub: 433