Vəzifədən çıxarıldığı deyilən direktordan açıqlama


22:07     30 Aprel 2018 2018/04/646724_1525097407.jpg

Mən adi seçici kimi seçkilərdə iştirak etmişəm. Qanun pozuntusuna görə işdən qovulmağım tam yanlış məlumatdır.


Femida.az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya Lənkəran rayonunda yerləşən Həzi Aslanov adına 3 nömrəli məktəbin direktoru Nəzakət Həsənova deyib. O bildirib ki, mediada işdən qovulması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Hazırda işimin başındayam və hər hansı bir qovulma hadisəsindən söhbət gedə bilməz. Səhhətimdə yaranmış problemlərlə əlaqədar olaraq vəzifəmdən azad olunmağım barədə ərizə ilə şəhər təhsil şöbəsinə müraciət etmişəm. Lakin hələlik bu barədə qərar qəbul olunmadığına görə vəzifəmin icrasını davam etdirirəm. Yaşıma gəldikdə isə 70 yox, 64 yaşım var. Respublikanın əməkdar müəllimiyəm, 10 idir ki, bu məktəbdə direktor işləyirəm. 45 illik iş təcrübəm var. Haqqımda bu cür əsassız informasiyanın yayılması məni çox kədərləndirdi".

Qeyd edək ki, axar.az saytının yaydığı xəbərdə seçki günü qanunpozuntusu aşkar edildiyi üçün direktorun işdən azad edildiyi, həmin seçki məntəqəsinin nəticələrinin isə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edildiyi bildirilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1220