Vəzifədən çıxarılan erməninin yerinə azərbaycanlı seçildi - FOTO


10:07     03 Dekabr 2018 2018/12/709181_4631452155.jpg

Ukrayna Kikboksinq Federasiyasının Çernovtsı şəhərində keçirilən növbəti konfransında qurumun vitse - prezident vəzifəsinə seçkilər olub.



Femida.az report-a istinadən bildirir ki, konfransda Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədr müavini Elşad Rafiq oğlu İbrahimov Federasiyanın vitse -prezidenti vəzifəsinə seçilib. Konfrans ərəfəsində Çernovtsıda ümumölkə kikboksinq yarışı da keçirilib.

Bu vəzifədə buna qədər erməni mənşəli şəxs olub. O, bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, uzun müddətdir Ukraynada yaşayan və bu ölkənin vətəndaşı olan E. İbrahimov biznes, idman və ictimai həyatda fəaldır.





Femida.az

Açar sözlər:

Oxunub: 764