"Qaçqınkom"da daha iki nəfər işdən çıxarıldı
22:42 30 Aprel 2018
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") sədrinin köməkçisi Əkbər Əkbərov və qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev vəzifəsindən azad edilib.
Femida.az-ın xəbərinə görə, hər iki şəxslə bağlı Komitə sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.
Onların yerinə hələ ki təyinat olmayıb.
Ə.Əkbərov Komitənin sabiq sədri, Baş nazirin müavini Əli Həsənovun baldızının oğludur. A.Mirzəyev də keçmiş sədrin qohumudur.
Xatırladaq ki, bundan əvvəl Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad olunub.
Qeyd edək ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Femida.az
Oxunub: 2318
Oxşar xəbərlər
- Aİ ukraynalı qaçqınlara dəstək üçün 433 milyon avro ayıracaq
- Aİ Ukraynadan olan qaçqınlar üçün 17 milyard avro ayırır
- Rusiya ordusu qaçqınların olduğu avtobusu atəşə tutub
- BMT: Ukraynalı qaçqınların sayı 1,5 milyonu ötüb
- Ukraynadan olan qaçqınlar Avropada üç ilə qədər qala biləcəklər
- Avropa Məhkəməsinin qaçqınlarla bağlı qərarları Azərbaycan dilində dərc olunub
- İrəvanda aksiya: "Qaçqınlar" 2 aydır hökumətdən pul ala bilmir
- ABŞ xəstəliyə görə əfqan qaçqınların qəbulunu dayandırdı
- “Qaçqınkom”dakı pozuntular aşkarlanıb - Baş Prokurorluq araşdıracaq
- "Qaçqınkom" sədri Almaniya səfiri ilə məcburi köçkünlərin qayıdışını müzakirə edib