Baş nazirdən növbəti QƏRAR
14:30 01 May 2018
Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara dəyişiklik edib.
Femida.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, uzunmüddətli enerji təchizatının təminatı, daxili və xarici bazarlar üçün müasir standartlara cavab verən rəqabətqabiliyyətli neft-qaz və neft-kimya məhsullarının istehsalının təmin edilməsi məqsədi ilə Dövlət Neft Şirkətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifə əsasən Nazirlər Kabineti tərəfindən iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıq və materiallar gömrük rüsumundan azad edilib.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il dekabrın 31-dək qüvvədə olacaq.
Femida.az
Oxunub: 2384
Oxşar xəbərlər
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
- Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək
- Pakistanın Baş naziri Türkiyəyə səfər edəcək
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib
- Yaponiya Rusiyanın Baş naziri daxil olmaqla 130-dan şəxsə qarşı sanksiyalar tətbiq edib
- Ukrayna Prezidenti Kiyevdə Xorvatiyanın baş naziri ilə görüşüb
- Rusiya Yaponiya Baş nazirinə sanksiya tətbiq edib
- Baş nazir əmək pensiyaları ilə bağlı qərar imzalayıb