928 nəfərə birdəfəlik maddi yardım ödənilib
14:34 02 May 2018
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmişşəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamı bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti təzahürüdür.
Femida.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən birdəfəlik maddi yardımın şamil olunduğu şəxslərə çatdırılması həyata keçirilib, sərəncama uyğun olaraq ayrılan məbləğlər həmin şəxslərin plastik bankomat kartlarına köçürülüb.
Sərəncama əsasən muxtar respublika üzrə 928 nəfərə birdəfəlik maddi yardım ödənilib. 25 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, 898 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə 500 manat məbləğində birdəfəlik müavinət ödənilib.
Femida.az
Oxunub: 1392
Oxşar xəbərlər
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ÜST: Dünyada meymunçiçəyinə yoluxma artır
- ABŞ-da gənc basketbolçu dünya çempionu ölüb
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib