Ermənistanın İran və Gürcüstanla olan yolu bağlandı - ŞOK!
21:23 02 May 2018
Ermənistanda Nkol Paşinyanın tərəfdarları bu gün Gürcüstana və İrana gedən dövlət əhəmiyyətli yolları bağlayıb.
Femida.az-ın “1in.am” saytına istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları N. Paşinyanın baş nazir seçilməsini tələb edirlər. “Bu gün bütün xalqın tələbi birdir: baş nazir bizim liderimiz Nikol Paşinyan olmalıdır. Respublikaçı deputatlar bu həqiqəti anlamalıdır”, - deyə Sevanda Gürcüstan yolunu bağlayan fəallardan biri söyləyib.
İran yolunda da eyni vəziyyət yaranıb. Vayk şəhəri ətrafında yerli sakinlər yük avtomobilləri vasitəsilə yolu kəsib və hökumət əleyhinə şüarlar səsləndirir. Yeniyetmələr yolda futbol və voleybol oynayır. Yollarda kabab çəkənlər də var.
Qeyd edək ki, mayın 1-də Ermənistan parlamentində Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi ilə bağlı keçirilən səsvermə uğursuz nəticələnib. N. Paşinyan 53 səs tələb olunduğu halda, 45 səs toplayıb. Hakimiyyətdəki Respublika Partiyası müxalifətçiyə dəstək verməyib.
Femida.az
Oxunub: 3666
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"