21 yaşlı qız özünü körpüdən atıb


23:06     03 May 2018 18_05_03_1525360053.jpg

Goranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.




APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib. Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.

Ayağından sınıq xəsarətləri alan S. Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmində qeydə alınıb.

Açar sözlər:

Oxunub: 1093