Son 10 gündə Rusiya və Ukrayna arasında 210 hərbçi meyitlərinin mübadiləsi aparılıb


13:48     10 İyun 2022 22_06_10_1654846819.jpg

Bu ay Rusiya və Ukrayna arasında ölən 210 hərbçi meyitlərinin mübadiləsi aparılıb.

Femida.az xəbər verir ki, məlumatı BBC yayıb.

Bildirilib ki, meyitlərin mübadiləsi Ukraynanın Zaporoje vilayətindəki təmas xəttində həyata keçirilib.

Qeyd edilib ki, Ukraynada döyüşüb, iki aydan artıq müddətdə itkin düşmüş sayılan Rusiya hərbçiləri də var. Onların ailə üzvləri övladlarını Rusiyaya qaytarmağa çalışırlar.

Bildirilib ki, Ukraynada ölən 3 502 Rusiya hərbçisinin adı BBC-yə məlumdur. Rusiyanın rəsmi mənbələri Ukraynadakı itkiləri və itkin düşənlərin sayı barədə son zamanlar açıqlama vermir.

Rusiyanın Müdafiə Nazirliyi sonuncu dəfə martın 25-də 1 351 hərbçisinin həlak olduğunu qeyd edib.

Açar sözlər:

Oxunub: 383