Vəkillər Kollegiyasının üzvləri Fəxri xiyabanda - FOTOLAR


16:41     09 May 2018 2018/05/anar3_3051710904.jpg

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri və üzvləri mayın 9-da ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.


Femida.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üzərinə də güllər qoyulub.









Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Vəkillər   #Kollegiya   #Ziyarət   #Məzar   #Çiçək  

Oxunub: 5620