Rusiyada Azərbaycan neftinə aid abidə ucaldıldı


19:11     09 May 2018 18_05_09_1525864275.jpg


Moskva ətrafındakı İstra şəhərində Azərbaycan neftinə abidə ucaldılıb.

Femida.az AzərTAc-a istinadən xəbər verir ki, faşizm üzərində qələbənin 73-cü ildönümü ərəfəsində İstra şəhərindəki Lenin-Sneqiryov Hərbi Tarix Muzeyinin ərazisində Azərbaycan neftinin şərəfinə abidə ucaldılıb. Abidə neft buruğu formasında hazırlanıb.

Abidənin açılışında İstra şəhərinin meri Aleksandr Skvarkov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev, Moskva vilayəti Azərbaycan Milli-Muxtariyyətinin rəhbəri Elşən İbrahimov çıxış edərək Böyük Vətən müharibəsində Sovet İttifaqının Qələbəsində Azərbaycan neftinin həlledici rolundan danışıblar.

Açılış mərasimi Böyük Vətən müharibəsinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiya ilə davam edib.

Femida.az

Açar sözlər: #Rusiya   #neft   #abidə  

Oxunub: 650