Mayın 14-də Putin və Paşinyan görüşəcək


18:34     11 May 2018 18_05_11_1526035625.jpg


Mayın 14-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş keçiriləcək.

Femida.az-ın APA-ya istinadən məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. "Həftənin birinci günü Avrasiya İqtisadi Birliyinin sammiti keçiriləcək. Prezident Putinlə Paşinyan arasında ikitərəfli görüş də olacaq", - deyə Peskov söyləyib. O, Putinin Qırğızıstan, Belarus və Qazaxıstan prezidentləri ilə də ikitərəfli görüşlər keçirəcəyini deyib.

Femida.az

Açar sözlər: #Putin   #Paşinyan   #siyasət   #Ermənistan   #Rusiya  

Oxunub: 1553