Astanada Suriya böhranı müzakirə olunacaq


17:38     12 May 2018 Qazaxistan%20Respublikasi%2011%20Astana%20(1).jpg

Suriyadakı vəziyyətin nizamlanması üzrə Astana danışıqları prosesinin bütün tərəfləri 14-15 mayda keçiriləcək növbəti görüşdə iştiraklarını təsdiq ediblər.


Femida.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Qeyd olunub ki, Astanadakı görüşdə Suriyada atəşkəsə qarant ölkələrin - Rusiya, Türkiyə və İranın nümayəndələri, həmçinin, Suriya hökuməti və silahlı müxalifət iştirak edəcəklər.

Bildirilib ki, görüşdə müşahidəçi qismində BMT- nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın başçılıq etdiyi heyət və İordaniya nümayəndə heyəti iştirak edəcklər. Qeyd edək ki, Astaa görüşündə Rusiya nümayəndə heyətinə isə Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev başçılıq edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 829