İmtahanda az bal topladı - İntihar etdi


13:32     14 May 2018 2018/05/intihar_1526276077.jpg


Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.

Femida.az-ın Report-a istinadən məlumatına görə, 2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.

Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Sumqayıt   #imtahan   #intihar   #kriminal  

Oxunub: 4331