İpoteka ilə ev almaq asanlaşdı - Baş nazirdən qərar


14:52     15 May 2018 18_05_15_1526367297.jpg


Azərbaycanda İpoteka krediti ilə ev almaq istəyənlərin işi asanlaşıb.

"Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın aylıq məcmu gəlirinin hesablanması Qaydası”na dəyişikliklər edilib.

Femida.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarında "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilir.

Femida.az

Açar sözlər: #baş_nazir   #Novruz_Məmmədov   #qərar   #ipoteka  

Oxunub: 1299