Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
02:12 18 May 2018
Sabah Ramazan ayının ikinci günüdür.
Femida.az xəbər verir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak vaxtı saat 03:39, iftar vaxtı isə 20:08-ə təyin olunub.
İmsak duası:
“Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!”.
Tərcüməsi: “Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”.
İftar duası:
“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.
Tərcüməsi: “İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!”.
Allah orucunuzu qəbul etsin!
Oxunub: 1297
Oxşar xəbərlər
- Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib
- Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Ramazan bayramı günlərində havanın temperaturu 5-8 dərəcə aşağı enəcək
- Bu il Azərbaycanda Ramazan ayı üçün fitrə zəkatının məbləği açıqlanıb
- QMİ Ramazan ayı ilə bağlı fətva verib
- Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb
- Rafiq Ramazanova “general-mayor” ali hərbi rütbəsi verilib
- Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
- Bu gün Ramazan ayının sonuncu günüdür