Ağdamda 3 oğru qadın tutulub


21:27     26 Sentyabr 2015 ogruqadin20150926.jpg

Ağdamda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.


Femida.az DİN-nin saytına istinadən xəbər verir ki, sentyabrın 25-də Ağdam rayonunun Əfətli kəndində kənd sakinləri Fərhad İsmayılova və Habil Əliyevə məxsus mağazalardan geyim əşyaları oğurlanıb.

Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax şəhər sakinləri İsmayıl Nadirov, Qumru Nadirova, Gülnaz Seyidova və Sona Nadirova tutulublar.

Açar sözlər:

Oxunub: 877