Rusiyadan evinə qayıdıb özünü asdı - Şamaxıda İNTİHAR


01:01     19 May 2018 publika.az1439617124intihar_3f8575766%20(1).jpg

Şamaxı rayonunda 35 yaşlı kişi intihar edib.


Hadisə bu gün saat 15:30 radələrində rayonun Çaylı kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Baxşıyev Cavad Cavanşir oğlu yaşadığı evin həyətindəki çardaqdan özünü asaraq intihar edib. Ötən gecə Rusiyadan yaşadığı kəndə qayıdan Cavad Baxşıyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

İntihar edən şəxsin Rusiyada sahibkarlıqla məşğul olduğu deyilir. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: Şamaxı   İntihar   Rusiya  

Oxunub: 1492