Bakıda olay: 20 yaşlı məşuqəsi yaşlı kişini bıçaqladı
13:02 19 May 2018
Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb.
Femida.az -ın "Report"a istinadən xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib.
Mərdəkan qəsəbəsində 1966-cı il təvəllüdlü Qurbanov Emil Aydın oğlu 20 yaşlı sevgilisi kimi təqdim etdiyi xanımla mübahisə edib. O, mübahisə zamanı kürəyindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Maraqlısı odur ki, polisə izahat verən E.Qurbanov qadının onu bilərəkdən bıçaqlamadığını deyib. Yaralı polisə bildirib ki, qızın əlindəki bıçaq ehtiyatsızlıqdan onun kürəyinə batıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxunub: 5056
Oxşar xəbərlər
- Prokurorluq “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yayıb
- “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə bıçaqlanma olub
- Bakıda bıçaqlanma hadisəsi baş verib
- Bakıda bıçaqlanma hadisəsi baş verib.
- Bakıda 22 yaşlı gəncin bıçaqlanması ilə bağlı cinayət işi açılıb
- Göygöldə bıçaqlanma hadisəsi baş verib
- Torpaq üstündə dava bıçaqlanma ilə bitdi
- Goranboyda toyda bıçaqlanma olub
- Ucarda bıçaqlanma hadisəsi olub