Axtarışda olan 55 insan alverçisinin 32-si tutulub
00:18 21 May 2018
Ötən il Azərbaycanda insan alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işinin 28-nin istintaqı yekunlaşıb.
Femida.az-ın məlumatına görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun insan alverinə dair məlumatında bildirilib.
Məlumatda bildirilir ki, istintaqı yekunlaşan cinayət işi üzrə 33 şəxs təqsirləndirilən şəxs qismində məhkəmə məsuliyyətinə verilib ki, onlardan 25-i qadın, 8-i isə kişidir.
Həmin şəxslərdən 29-u barəsində ittiham hökmü çıxarılaraq 23 nəfər şərti məhkum edilib, 5 nəfər azadlıqdan məhrum edilib, 1 nəfər barədə olan hökmün icrası təxirə salınıb.
İnsan alveri cinayətləri törətdiyinə görə barəsində axtarış elan olunan 55 təqsirləndirilən şəxsdən 32-si tutulub, o cümlədən 2 nəfərin barəsində İnterpol vasitəsilə axtarış elan edilərək yeri müəyyənləşdirilib.
Femida.az
Oxunub: 1182
Oxşar xəbərlər
- Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb
- İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiyanın tərkibi genişləndirilib
- Son 15 ildə Azərbaycanda insan alveri ilə bağlı 4 248 cinayət faktı qeydə alınıb
- İnsan alveri ilə mübarizəyə dair illik məruzə qəbul edildi
- İnsan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib - Nazir müavini
- Bu gün insan alverinə dair hesabat müzakirə olunacaq
- İnsan alveri ilə bağlı 3 cinayətkar qrup zərərsizləşdirilib
- Azərbaycanda ötən il 155 insan alveri cinayəti qeydə alınıb
- Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı açıqlanıb
- İnsan alveri qurbanlarının sosial müdafiəsi gücləndiriləcək