Qarabağda erməni əsgəri öldürülüb


13:00     21 May 2018 ermeni_herbci.jpg

Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə güllələnib



Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun bir hərbçisi öldürülüb.

Femida.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün 11.00 radələrində baş verib.

Cəbhə xəttində xidmət edən 1999-ci il təvəllüdlü əsgər Hamlet Qriqoryan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

Femida.az

Açar sözlər: #Erməni   #Düşmən   #Qarabağ   #Əsgər  

Oxunub: 2827