Kürdəmirdə ağac qətliamı - İşə Prokurorluq baxacaq

Kürdəmirdə "ağac qətliamı" - İşə Prokurorluq baxacaq

10:05     21 May 2018 2018/05/kurdemirde_1526882911.jpeg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.


Nazirlikdən Femida.az-a bildirilib ki, reyd zamanı Kürdəmir rayonu Köhünlü kəndi ərazisində köküstə yaş 14-40 sm diametrliyində 9 ədəd ağacın kəsildiyi aşkarlanıb.

Araşdırma zamanı ağacların Kürdəmir rayon sakini Əhməd Əhmədov tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Femida.az

Açar sözlər: Kürdəmir   Ağac   Cinayət  

Oxunub: 1022