Gecə vaxtı banka hücum edildi - Bakıda HƏYƏCAN

Gecə vaxtı banka hücum edildi - Bakıda HƏYƏCAN


17:09     21 May 2018 2018/05/photo_33935_1526893994.jpg

Mayın 19-da saat 1 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinə bankların birinin rayon filialından həyəcan siqnalı daxil olub.


DİN-dən Femida.az-a verilən məlumata görə, dərhal hadisə yerinə gələn polis əməkdaşları oranın giriş qapısının şüşəsini daşla sındıraraq oğurluğa cəhd göstərən şəxsi cinayət başında yaxalayıblar.

19-cu Polis Bölməsinə təhvil verilən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynallı olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Bank   #Hücum   #Həyəcan    

Oxunub: 1724