İranda zəhərlənmə - 15 nəfər ölüb


15:20     22 May 2018 2018/05/iran-tecili_1526973702.jpg

İranda göbələk zəhərlənməsindən ölənlərin sayı 15 nəfərə çatıb.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, indiyədək zəhərlənmə əlaməti ilə tibbi müəssisələrə 1017 nəfər müraciət edib, onlardan 116-sı xəstəxanalara yerləşdirilib, 15 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, zəhərlənmə faktları daha çox Kirmanşah, Lorestan, Kürdistan, Qərbi Azərbaycan və Zəncan əyalətlərində qeydə alınıb.

Femida.az

Açar sözlər: #İran   #Zəhərlənmə   #Kirmanşah   #Lorestan   #Kürdistan  

Oxunub: 1213