Uşaqlara qarşı cinayətlərin sayı şişirdilir - DİN rəsmisi


16:44     23 May 2018 cinayetkar%20usaq.jpg

“Azərbaycanda çox vaxt yetkinlik yaşına çatmayanlarla bağlı cinayətlərin sayı şişirdilir”.


Femida.az-ın məlumatına görə, bunu Milli Məclisdə keçirilən dəyirmi masada Daxili İşlər Nazirliyi Baş ictimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov bildirib.

O qeyd edib ki, son 5 ildə yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinayətlərin sayında artım yoxdur: “Çox təəssüf ki, bu faktlar mediada şişirdilir”.

DİN rəsmisi yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqla bağlı faktların da şişirdildiyini bildirib. Onun sözlərinə görə, son 5 ildə bu statistikada artım yoxdur: “Təbii ki, dünyada cinayətlər var və Azərbaycan da dünyanın bir hissəsidir. İndiki zamanda hamımıza məlumdur ki, internet çox geniş yayılıb və hər bir uşaq internetdən rahat istifadə edir. Bəzən o fəsadlar da internet vasitəsilə yayılır”.

DİN rəsmisi onu da bildirib ki, son vaxtlar Azərbaycanda uşaqlar arasında aqressiya, psixoloji gərginliyin artmasına səbəb xaricdən daxil olan internet oyunları, o cümlədən digər vasitələrdir: “Bu artıq ölkədə ciddi narahatlıq doğuran fakta çevrilib”.

Femida.az

Açar sözlər: #Cinayət   #Uşaq   #Statistika   #Artım  

Oxunub: 1097