Azərbaycana partlayıcı qurğuların daşınmasının qarşısı alınıb


13:13     24 May 2018 Serhed%20kendi%20030512.jpg

Dağıstanda Rusiyadan Azərbaycana partlayıcı qurğuların daşınması zamanı qayda pozuntusu qeydə alınıb.



Femida.az bildirir ki, Dərbənd dəmir yolu stansiyasında gömrük işçiləri sənaye üsulu ilə hazırlanmış partlayıcı qurğu - ammonit tozunun daşınması zamanı qanun pozuntusu aşkarlayıblar.

Qeyd olunur ki, daşıyıcı deklarasiyada yükün çəkisini 8 ton kimi göstərib:

"Yoxlama zaman aşkar olunub ki, yükün faktiki çəkisi 8 ton 167,2 kq-dır. Yəni qurğuları gömrük rəsmiləşdirilməsi olmadan keçirməyə çalışıblar".

Qanunsuz daşınması planlaşdırılan mal ekspertizaya göndərilib. Faktla bağlı inzibati hüquq pozuntusu barədə iş açılıb.

Açar sözlər: #Cinayət   #Polis   #Hüquq  

Oxunub: 1253