Bakıda itkin düşən qadın tapıldı


18:49     25 May 2018 2018/05/yasli-qadin-qoca-pensiya-itkin_1527245406.jpg

Mayın 23-də Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həmin gün saat 16 radələrində 82 yaşlı V.Qafarovanın yaşadığı evdən çıxaraq geri qayıtmadığı barədə müraciət daxil olub.



DİN-dən Femida.az-a verilən məlumata görə, ailə üzvləri qadının anlaqsız vəziyyətdə olduğunu bildiriblər.

Məlumat aidiyyatı üzrə ötürülüb və dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qadın mayın 24-də saat 1 radələrində Sabunçu rayonu ərazisində 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq 25-ci PŞ-yə gətirilib.

Polis əməkdaşları bu barədə V.Qafarovanın ailə üzvlərinə məlumat veriblər.

Femida.az

Açar sözlər: #Bakıda   #itkin   #qadın   #polis  

Oxunub: 1636